BANK

19 Noyabr

Türkiyə Mərkəzi Bankı faiz qərarını AÇIQLAYIB

Bakı, 19 noyabr Fins.az

Türkiyə Respublikası Mərkəzi Bankı, faiz qərarını açıqlayıb

Fins.az xəbər verir ki,Türkiyə Respublikası Mərkəzi Bankı, siyasət nisbətini 15,25 % səviyyəsində müəyyən edib. Bank faizini 4,75 bənd artıraraq 10.25%-dən 15%-ə yüksəldib.

İqtisadçılar da Mərkəzi Bankın bugünkü yığıncaqda faizi 4,75  bənd artıraraq əsas pul siyasəti faizini 15%-ə çatdıracağını gözləyirdilər.

Bu gün qəbul edilən faiz qərarı TCMB-nin yeni sədri Naci Ağbalın dövründə verilən ilk faiz qərarıdır.

Qərardan sonra Türk Lirəsi dollar qarşısında 2%-ə yaxın bahalaşıb və Dollar/TL məzənnəsi 7,56 səviyyələrinə geriləyib.

Müəllif:Aynur Qəniyeva