Bakı, 19 noyabr Fins.az
ECB prezidenti Christine Lagarde, maliyyə stimul paketinin təxirə salınmadan həyata keçirilməli olduğunu bildirib
Fins.az xəbər verir Avropa Mərkəzi Bankının sədri Christine Lagarde, Avropa Parlamentindəki çıxışında ölkələri maliyyə yardım tədbirlərini son dəqiqələrə buraxmamağa çağırıb
Lagarde, zəif tələbin davamlı maddi təşviq ehtiyacının bir əlaməti olduğunu bildirən mərkəzi bank sədri bildirib ki,avro bölgəsi iqtisadiyyatına zərbə vuran ilk dalğaya sərt və sürətli cavab verdik. Böhranın hazırkı mərhələsinə də eyni yanaşma və qətiyyətlə cavab verəcəyik.
Lagarde, Avropa siyasətçilərinin aşılamada irəliləyiş əldə edilənə qədər iqtisadiyyata kömək etməyə davam etmələri və körpü rolunu oynamaları lazım olduğunu vurğulayaraq, Təcili Varlıq Satınalma Proqramının (PEPP) və rəhbər tutulan uzunmüddətli maliyyə əməliyyatlarının əsas alətlər olaraq istifadə olunacağını vurğulayıb.
Müəllif: Aynur Qəniyeva