BANK

19 Noyabr

İsveçrə Bankı :Neftin qiyməti gələn ilin sonuna qədər 60 dollara çatacaq

Bakı, 19 noyabr Fins.az

İsveçrə bank UBS neftin bahalaşacağını nəzərdə tutur.

Fins.az xəbər verir ki, Bankın 18 Noyabr tarixli son hesabatında qeyd edilib ki, Brent neftin qiyməti gələn ilin sonuna qədər 60 dollara çatacaq.

Bankın analitiklərinə görə, 2021-ci ildə koronavirusa qarşı peyvəndlərin geniş miqyasda istifadəsinin təmin edilməsilə əlaqədar olaraq neft qiymətləri yüksələcəkdir. Peyvəndlərin karantin tədbirlərinin ləğv edilməsinə, iqtisadiyyatların yenidən canlanmasına və neftə tələbin artmasına səbəb olacağı qeyd edilir.

Bakı vaxtı ilə saat 12:00-da Brent nefti 44,46 dollardan ticarət olunub.