BANK

19 Noyabr

İsveçrə bankı: Qızıl rekord həddə BAHALAŞACAQ

Bakı, 19 noyabr Fins.az

UBS, yeni hesabatında əmtəə tövsiyələrini neytral vəziyyətə gətirdi, eyni zamanda qızıl və neftlə bağlı proqnozlarını olduğu kimi saxlayıb.

Agentliyin qiymətləndirməsinə görə, mərkəzi bankların təşviq siyasətinə görə qızıl sıçrayış edə bilər.
İsveçrə bankı UBS, qızıl və nefti ən çox üstünlük verilənlər arasında saxlamağa davam edərək, əmtəə aktivləri sinifini ən çox üstünlük veriləndən neytrala çəkib.

Bankın 18 Noyabr tarixli son hesabatında mənfəətin reallaşmasına işarə edildi və epidemiya riskləri səbəbindən əmtəə sinfi neytral səviyyəyə gətirilib. Əksinə, UBS analitikləri neft və qızılla bağlı pozitiv mövqelərini qoruyublar.

Buna görə analitiklər, 2021-ci ildə peyvəndlərin geniş olması ilə tədbirlərin ləğv ediləcəyini, qısa müddətli tədarük çətinliyinə baxmayaraq, neftdə artım ola biləcəyini bildirdilər. Bankın analitikləri, Brent markalı neftin gələn ilin sonunda 60 dollara çatacağını təxmin ediblər.

Müəllif:Aynur Qəniyeva.