BANK

18 Noyabr

Visa və Azericard tərəfdaşlıq müqaviləsi imzalayıb

Bakı, 18 noyabr Fins.az

Visa və Azericard prosessinq mərkəzi Azərbaycanda yenilikçi ödəniş həlləri və rəqəmsal emissiya inkişaf etdirmək üçün tərəfdaşlıq müqaviləsi imzalayıb. Elektron ödəmələr üzrə dünya lideri Visa və Azericard prosessinq mərkəzi Azərbaycanda yenilikçi rəqəmsal ödəniş həllərinin inkişafı üçün strateji tərəfdaşlıq elan ediblər.

Fins.az xəbər verir ki,tərəfdaşlıq çərçivəsində Visa və Azericard rəqəmsal emissiyanın inkişafı və geniş bir istifadəçi auditoriyası üçün yenilikçi rəqəmsal ödəniş həllərinin yaradılması üzərində işləyəcəklər. Belə əməkdaşlıq Azərbaycanda mövcud rəqəmsal xidmətlərin çeşidini genişləndirəcək və iqtisadiyyatın rəqəmsallaşmasına təkan verəcək. Yeni nəsil rəqəmsal ödənişlərin təşviqində fintech cəmiyyətini və tərəfdaşlarımızı dəstəkləmək Visa üçün strateji prioritetdir. Azericard ilə tərəfdaşlıq Azərbaycanda ödəmə ekosisteminin inkişafı üçün geniş perspektivlər açır və istehlakçı üçün ən uyğun olan yeni rəqəmsal xidmətlər yaratmağımıza imkan verir. “Visa ilə tərəfdaşlıq müqaviləsinin imzalanması bazar üçün misilsiz bir hadisədir və Azericard-ın Azərbaycanın kart texnologiyaları bazarında liderlik statusunun daha bir təsdiqidir. Rəqəmsal ödəmə texnologiyalarının inkişafı üzrə birgə işlər təmassız nağdsız ödənişlərin inkişaf sürətini artırmağa, istifadəçilər üçün təhlükəsizlik və rahatlıq səviyyəsini əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək və eyni zamanda nağdsız ödənişlər bazarındakı bütün oyunçular üçün yeni bir etalon olacaq "dedi Azericard MMC-nin baş direktoru Fərid Quliyev. bildirib 

Müəllif:Aynur Qəniyeva