Bakı, 18 noyabr Fins.az
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 Bank Olmayan Kredit təşkilatını (BOKT) qeydiyyata alıb.
Bu barədə Dövlət Vergi Xidmətinin məlumatında deyilir.
"Nas Project BOKT" oktyabrın 2-də qeydiyyata alınıb, qanuni təmsilçisi Məhəmməd Quliyevdir.
"Finans Kredit BOKT" sentyabrın 30-da dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Rasim Eyvazovdur. Müşahidə Şurasının tərkibinə Limara Nəsibova, Tural Əliyev və Kamil Məmmədov daxildir.
Daha bir BOKT – "Optimal Finance" sentyabrın 14-də dövlət qeydiyyatına alınıb. Onun qanuni təmsilçisi Elçin Əsgərlidir.
Hər üç BOKT-un nizamnamə kapitalı 300 min manat təşkil edir.