Bakı, 17 noyabr Fins.az
Beynəlxalq Valyuta Fondu (BVF) 2020-ci il üçün illik hesabatında qlobal iqtisadiyyatın yeni tip koronavirus (Kovid-19) epidemiyasının təsiri ilə dərin bir tənəzzüllə üzləşdiyini bildirib.
BVF 2020-ci il üçün İllik Hesabatını "Misilsiz bir il" adı ilə yayımlanıb
Hesabatda, qlobal iqtisadiyyatın yeni tip koronavirus (Kovid-19) epidemiyasının təsiri ilə dərin tənəzzüllə üzləşdiyi xatırladılıb.
İqtisadi qeyri-müəyyənliyin olduğunu vurğulayan hesabatda, dünyanın hər yerindən iqtisadi tənəzzül, işsizlik, iqlim dəyişikliyi, texnologiya və avtomatlaşdırma, rəqəmsal valyutaların yüksəlməsi, bərabərsizliyin artması və borclu insanların həyatında dərin dəyişikliklərin yaşandığı ifadə edilib.
Hesabatda, hökumətlərin epidemiyanın təsirlərinə qarşı iqtisadiyyatı dəstəkləmək üçün "cəsarətli" addımlar atdıqları və təxminən 12 trilyon dollar maliyyə və 7,5 trilyon dollar pul əməliyyatı həyata keçirildiyi qeyd edilib.
BVF-nin dünyanın üzləşdiyi böhrana qarşı həyata keçirdiyi tədbirlərə də toxunan hesabatda, BVF-nin 2020 maliyyə ilində az gəlirli 49 ölkəyə 16,1 milyard dollar güzəştli maliyyələşdirmə daxil olmaqla 83 ölkəyə 165 milyard dollar maliyyə dəstəyi verdiyi bildirilib. Hesabatda 129 ölkənin iqtisadi nəzarətinin tamamlandığı da qeyd olunub.
Müəllif: Aynur Qəniyeva