BANK

12 Noyabr

Rubl rekord həddə UCUZLAŞDI

Bakı, 12 noyabr Fins.az

Cümə axşamı səhər Moskva birjasında neftin ucuzlaşması və qlobal investorlar arasında "risk iştahı" nın bir qədər soyuması fonunda rubl dollar və avro qarşısında ucuzlaşıb 

ABŞ dolları ilə ilk sövdələşmələr bir dollar üçün 77,27-77,45 rubl aralığında idi. Ticarətin ilk dəqiqəsi nəticəsində məzənnə 27,5 qəpik artaraq 1 dollar üçün 77,4075 rubl təşkil edib. Avro 27 qəpik bahalaşaraq 91.075 rubla çatıb. İki valyuta səbəti (0,55 dollar və 0,45 avro) 27,3 qəpik bahalaşaraq çərşənbə günü bağlanış səviyyəsinə, 83,56 rubla çatıb.

Eyni zamanda, dolların mövcud rəsmi məzənnədən 1,2 rubla, avro rəsmi məzənnədən 1,03 rubla  çatsa da real qiymətin daha yüksək olduğu ortaya çıxıb.

Müəllif:Aynur Qəniyeva