Türkiyədə Bank sektoruna Nəzarət Təşkilatı (BDDK) xarici banklarla tətbiq edilən swap əməliyyatlarında limitləri artırıb.
Fins.az xəbər verir ki, qərardan sonra Türk Lirəsi bahalaşıb. Çərşənbə axşamı gününü 8.1588 səviyyəsindən bağlayan dollar/TL məzənnəsi normallaşma addımının ardından daha da düşüb.
Bakı vaxtı ilə saat 15:25-də Dollar/TL məzənnəsi 7,9989 səviyyəsini görüb.