Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondundan fins.az -a verilən məlumata görə, 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdi. Rəşadətli Azərbaycan ordusu 21-ci əsrdə dünya tarixinə öz uğur salnaməsini mərdliyi və şücaətliyi ilə yazdı, beləki, 45 gün davam edən döyüşlərdə Azərbaycan əsgəri düşmənə öz yerini göstərdi. Müzəffər ordumuzun gücü qarşısında düşmən tab gətirə bilmədi və 27 ildən sonra, 10 noyabr tarixində Ermənistan təslim oldu. Bununla da, Ali Baş Komandanın qüdrətli siyasəti nəticəsində uzun müddət işğal altında olan torpaqlarımız düşmən tapdağından azad olundu.
Bu qələbəni Ali Baş Komandanımızın düşünülmüş, iradəli, üzaqgörən siyasətinə, şəhidlərimizə, qazilərimizə, müzəffər ordumuza və yumruq kimi möhkəm, dönməz xalqımıza borcluyuq!
Eşq olsun Azərbaycan Ordusuna! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!