Dünya Bankı, kasıb və orta gəlirli ölkələrin peyvəndi ədalətli əldə etməyi təmin etmək üçün 12 milyard dollarlıq maliyyə yardımının idarə heyətinin təsdiqini gözlədiyini açıqlayıb.
Fins.az xəbər verir ki,Dünya Bankının rəhbəri David Malpass, çərşənbə axşamı, yoxsulluq içində olan və inkişaf etməkdə olan ölkələrin kifayət qədər peyvənd dozayası əldə etmək üçün idarə heyətinin 12 milyard dollarlıq peyvənd maliyyələşdirmə planı barədə qərarını gözlədiyini bildirib.
Malpass Reuters-ə verdiyi eksklüziv bir reportajda, bir çox fərqli borc verən şirkətlər tərəfindən toplanan 160 milyard dollarlıq koronavirus maliyyələşdirmə yardımından bir hissəsini istifadə edən təşəbbüs, bu ölkədəki səhiyyə işçilərinə və digər strateji sektorlarda çalışanlara çatmağı və istehsalın dünya səviyyəsində yayılmasını hədəfləyir.
Malpass, idarə heyətinin oktyabrın əvvəlində təklif olunan planı nəzərdən keçirəcəyini bildirib.
Hər hansı bir peyvəndin təsdiqlənməsinə hələ aylar qaldığına görə, dünyada peyvəndi mümkün qədər tez almaq üçün çətin bir mübarizə var.
ABŞ hökuməti, AstraZeneca, BioNTech və Pfizer tərəfindən istehsal olunan milyonlarla doza peyvəndi əldə etmək üçün ümumi 3 milyard dollardan çox bir öhdəlik götürüb.
Dünya Bankının planı, koronavirusun ən sürətli yayıldığı yoxsul və orta gəlirli ölkələri və zəngin ölkələri maliyyə ilə təmin edərək paylanması sistemlərini yaratması üçün bütün ölkələri eyni səviyyəyə gətirməyi hədəfləyir.
Müəllif:Aynur Qəniyeva