BANK

22 Sentyabr

İngiltərə Mərkəzi Bankının rəhbərindən sterlinqin məzənnəsinə təsir edən AÇIQLAMA

İngiltərə Bankının (BoE) prezidenti Andrew Bailey-nin verdiyi məlumata görə, artan koronavirus hadisələri yenidən İngiltərə iqtisadiyyatı üçün mənfi risklər yaratsa da, bank mənfi faiz tətbiq etməyə yaxın deyil.

Mərkəzi bankın faiz endirimini ciddi şəkildə araşdırdığını və mənfi faiz nisbətlərinin aktual olduğunu ifadə edən Bailey, siyasətin mümkün olub olmadığını araşdırmaq üçün texniki işlərin planlaşdırıldığını deyib.

Sterlinq, Bailey -in açıqlamalarından sonra erkən ticarət əməliyyatlarında itkisini geri alaraq saat 14: 10-da yüzdə 0,26 artaraq 1,2850 səviyyəsində satılıb. İnvestorlar faiz endirimləri ilə bağlı gözləntilərini mart-may aylarına təxirə saldılar.

Bailey-in danışdığı veb seminardan bir müddət əvvəl hökumət əvvəlki mövqeyini dəyişdirdi və mümkünsə cəmiyyəti evdə işləməyə çağırdı. İngiltərə Baş naziri Boris Johnson çərşənbə axşamı koronavirusa nəzarət üçün yeni tədbirləri açıqlayacaq.

2020-ci ilin son ayları yaxınlaşdıqda, İngiltərə virus məhdudiyyətləri səbəbindən yeni iqtisadi problemlərlə qarşılaşır. Əlavə olaraq, əmək haqqı dəstək proqramlarının sona çatması ilə işsizliyin artması və ilin sonunda müqaviləsiz Brexit ehtimalı gündəmdəki digər risklərdir.

Müəllif:Aynur Qəniyeva