St. Louis Fed İdarə Heyətinin sədri Bullard, ABŞ-da böyüməni ilin ikinci yarısına keçmək üçün kifayət qədər təşviqin olacağına ümid etdiyini deyib
St. Louis Fed Başçısı James Bullard əlavə maliyyə dəstəyinin Konqresdən keçməməsinə baxmayaraq, ABŞ iqtisadiyyatının pandemiyadan qurtulmağa davam etmək üçün kifayət qədər sürətə sahib olduğunu bildirib
İyul və Avqust qədər yeni bir stimul paketinə ehtiyac olduğunu düşünmürəm deyə bildirə.n Bullard, "Bəzi makroiqtisadi hesablamalarda bunun öhdəsindən gəlmək üçün yetərincə qaynağımız var" -deyə qeyd edib.
Bullardın fikri Fed Başçısı Jerome Powell və digər maliyyə qərar verənlərin əlavə maddi təşviq çağırışı ilə açıqlamalarına ziddir. Çərşənbə axşamı Konqresə təqdimatında Powell, ABŞ-ın pandemiya ilə əlaqədar əhəmiyyətli bir qeyri-müəyyənliklə uzun bir bərpa ilə qarşılaşdığını qeyd edib.
Bullard, ABŞ iqtisadiyyatının bu il böhranın əvvəlində gözlənilənin yarısından azının yüzdə 3-dən 4-ə qədər azaldığını, bu səbəbdən 3 trilyon dollarlıq pandemiya yardımının Konqres tərəfindən qəbul edildiyini və Fed-in geniş pul siyasəti mövqeyinin bərpa dövründə böyüməyi dəstəkləyə biləcəyini bildirib
"Bu şəkildə bərpa etməyi davam etdirə bilərik." Bullard, böyüməni ilin ikinci yarısına keçmək üçün kifayət qədər təşviqin olacağına ümid etdiyini deyib.
Müəllif:Aynur Qəniyeva