Pandemiyanın davam etməsi şəraitində pul siyasəti qərarları və makroprudensial tənzimləyici güzəştlər kredit şərtlərini yumşaldır və iqtisadiyyatın likvidliyə olan ehtiyaclarının ödənilməsini təmin edir.
Fins.az Mərkəzi Bankın məlumatına istinadən xəbər verir ki,pul bazası ilin əvvəlindən 1% azalsa da, iyulun sonundan 3% artıb.
Məlumata görə ilin son rübündə xəzinə hesabından dövlət xərcləri ilə bağlı pul bazasının artımının əhəmiyyətli sürətlənəcəyi gözlənilir. Lakin pandemiya şəraitində pul bazasının artımı məcmu tələbin genişlənməsi və kredit ekspansiyası ilə müşayiət olunmur.
Müəllif:Aynur Qəniyeva