Mərkəzi Bankın “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə maliyyə xidmətləri göstərilən qurumların qoşulması işləri davam etdirilir.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, əhali üçün bir sıra maliyyə xidmətləri təqdim edən “Azərpoçt” MMC də sözügedən məlumat–axtarış sisteminə qoşulmuşdur. Belə ki, bu sistemin (infobank.az) tərkibində “Filial və şöbələr”, “Bankomatlar”, “Ödəniş terminalları”, “Ödəniş kartları” bölmələrində “Azərpoçt” MMC-nin müvafiq məlumatları yer alıb.
Mərkəzi Bankın məlumatında qeyd olunur ki, əhalinin maliyyə xidmətlərinə rəqəmsal çıxış imkanlarını asanlaşdıran və bu xidmətlərdən istifadəni stimullaşdıraraq maliyyə inkluzivliyini təmin edən “Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi”nə müxtəlif çeşidli maliyyə, o cümlədən bank, sığorta məhsul və xidmətləri təklif edən təşkilatların qoşulması işləri gələcəkdə də davam etdiriləcək.
Müəllif:Aynur Qəniyeva