BANK

17 Sentyabr

Fed rəsmiləri 2023-cü ilə qədər faiz dəyişikliyini gözləmirlər

Fed siyasətçilərinin iqtisadi proqnozlarına görə, 2023-cü ilə qədər faiz nisbətlərində dəyişiklik gözlənilmir.
Fins.sz "Bloomberg"-ə istinadən xəbər verir ki, FED-in dünən başlayan sentyabr siyasət toplantısı başa çatıb. Bank faiz dərəcələrini gözlənildiyi kimi dəyişdirməyib.

Məlumata görə bank, rəsmi rüblük iqtisadi proqnozları da yayımlayıb. Siyasi qərar verənlərin proqnozlarına görə, 2023-cü ilə qədər faiz nisbətlərində dəyişiklik gözlənilmir. 17 məmurdan 13-ü 2023-cü ilə qədər faiz dəyişikliyini gözləmir.

Faiz təxminləri

Fed rəsmilərinin maliyyələşdirmə nisbətləri üçün uzunmüddətli orta təxminləri, iyun ayı proqnozundan dəyişmədən ,5 % idi.
2020, 2021 və 2022-ci illər üçün orta hesablamalar 0,1 % olaraq qalıb.
2023-cü il üçün orta proqnoz  0,1% -di.

Müəllif:Aynur Qəniyeva