BANK

17 Sentyabr

Günay Bank-ın müşahidə şurasının üzvlərinin tərkibinə yenidən baxılacaq-SƏHMDARLARIN NÖVBƏDƏNKƏNAR YIĞINCAĞI

"Günay Bank” -ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Fins.az xəbər verir ki, 23 oktyabr 2020-ci il saat 10:00-da "Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçiriləcək
Məlumata görə, yığıncaqda müşahidə şurasının üzvlərinin tərkibinə baxılması və təsdiq edilməsi,2020-ci ilin birinci yarım ili üzrə hesabatın təhlili nəzərdə tutulur.

Həmçinin qeyd olunur ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 3a ünvanında yerləşən "Günay Bank” ASC-nin inzibati binasında baş tutacaq.

Müəllif:Aynur Qəniyeva