2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana pul köçürmələri 196,996 milyon dollar təşkil edib. Bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
2019-cu ilin birinci yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər 276,166 milyon vəsait dollar köçürüblər. Beləliklə, 2020-ci ilin yanvar-iyun aylarında Rusiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 28,7% azalıb.
Rusiya Azərbaycana köçürmələr həyata keçirən ölkələr arasında birinci yerdə qərarlaşıb.
Həmçinin, Azərbaycandan fiziki şəxslərin pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci yerdə qərarıaşıb.
Belə ki, hesabat dövründə Azərbaycandan Rusiyaya köçürmələrin həcmi 50,792 milyon dollar təşkil edib, bu da 2019-cu ilin birinci yarısının göstəricisindən 3,1% azdır.