BANK

15 Sentyabr

Citigroup işçilərin kütləvi ixtisarına davam edir

Citigroup, koronavirus pandemiyası səbəbindən bu ilin əvvəlində ixtisarları dayandırmağı öhdəsinə götürdükdən sonra yenidən ixtisarlara başlayıb.
Bu həftədən etibarən işçi qüvvəsini azaltmağa davam edən Wells Fargo Co. Kimi rəqiblərinə qoşulacaq.

Bankın bazar ertəsi etdiyi açıqlamaya görə, qlobal işçi qüvvəsinə 1%-dən az təsir göstərəcək. Son dövrlərdə işə götürülən işçilərin sayında kəskin azalma olmayacaq.

Gəlir itkisi ehtimalı ilə qarşılaşan bank, pandemiyanın davam etməsi səbəbindən bu rübdə də kredit itkisi ehtiyatlarını artıra bilər. Risk nəzarətinin yaxşılaşdırılmasına xərcləri artırmaq da illər çəkə bilər.

"Citigroupun açıqlamasında," Xüsusilə də bu çətin anlarda tək bir adamı işdən çıxarmaq qərarı çox çətindir. Hər kəsə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik deyilir
Bu il 26 mindən çox adamı işə götürən bank, bu vəzifələrin üçdə birindən çoxunun ABŞ-a aid olduğunu bildirib. Bankda ikinci rübün sonuna təxminən 204.000 nəfər çalışır.

Citigroup, bu ilin əvvəlində ixtisarlara ara verdikdən sonra son həftələrdə yenidən başladı. Pandemiyanın təsiri davam etdiyi üçün bir çox şirkət maliyyətlərini azaltmağa çalışır.

Müəllif:Aynur Qəniyeva