BANK

15 Sentyabr

Kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri azalıb

Bu ilin 6 ayında ölkədə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 12,8 milyon dollar, xalis maliyyə öhdəlikləri isə 530,9 milyon dollar azalıb.
Fins.az Mərkəzi Banka istinadla xəbər verir ki, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri birbaşa dövlət kreditləri (142 milyon dollar), dövlət təminatlı kreditləri (133,4 milyon dollar), bankların kreditləri (23,1 milyon dollar), neft-qaz sektorunun kreditləri (202 milyon dollar), firmaların və digər müəssisələrin kreditləri (30,3 milyon dollar) hesabına azalıb. Depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 334,3 milyon dollar artıb, xalis maliyyə öhdəlikləri isə 272,1 milyon dollar azalıb.