BANK

15 Sentyabr

Mərkəzi Bank: Azərbaycandan çıxarılan xarici kapitalın həcmi artıb-MƏBLƏĞ

2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan $1 milyard 844 milyon məbləğində kapital çıxarılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda qeyd olunur.

2019-cu ilin I yarısında Azərbaycandan $1 milyard 395,9 milyon məbləğində kapital çıxarılıb. Beləliklə, hesabat dövründə Azərbaycandan kapitalın çıxarılma həcmi 32,1% artıb.

2020-ci ilin I rübündə Azərbaycandan $990 milyon, II rübdə $854 milyon məbləğində kapital çıxarılıb.