BANK

15 Sentyabr

Azərbaycanın xalis maliyyə aktivləri 803,1 milyon dollar artıb

Bu ilin 6 ayıda ölkənin xalis maliyyə aktivləri 803,1 milyon dollar artıb.
 Azərbaycan Mərkəzi Bankından fins.az-a verilən məlumata görə bu göstərici xaricə yönəldilmiş birbaşa investisiyalar (519 milyon dollar), portfel investisiyaları (-49 milyon dollar) və digər investisiyalar (333,1 milyon dollar) hesabına formalaşıb. Hesabat dövründə ölkənin xalis maliyyə öhdəlikləri isə 145,6 milyon dollar artıb ki, bu da xaricdən cəlb olunmuş xalis birbaşa investisiyalar (250,1 milyon dollar), neft bonusu (451,6 milyon dollar), portfel investisiyaları (-87 milyon dollar) və digər investisiyalar (-760,3 milyon dollar) hesabına formalaşıb.