BANK

14 Sentyabr

Birbaşa investisiyalar formasında xaricdən 2,1 milyard dollar cəlb edilib

Cari ilin 6 ayında birbaşa investisiyalar formasında xaricdən cəlb edilmiş sərmayənin ümumi məbləği 2,1 milyard dollar olub.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4 faiz təşkil edib. Tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-65,6 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (1 milyard 778,4 milyon dollar) kapitalın repatriasiyası (1 milyard 844 milyon dollar) arasındakı fərqdən formalaşır.
Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 328,6 milyon dollar olub.