BANK

11 Sentyabr

“Qazprombank”: Avqustun əvvəlinə Azərbaycanın qızıl-valyuta ehtiyatları 57 milyon dolları ötür

Avqustun 1-nə Azərbaycanın qızıl-valyuta ehtiyatları $57,1 milyonu ötür. Bu barədə Rusiyanın “Qazprombank”ı qeyd edir.

“Ehtiyatların yüksək kifayətliliyi qalır, ARDNF-nin aktivləri böharndan əvvəl səviyyəyə dönüb, bu da iqtisadiyyatın təkrar xarici şoklara dayanıqlığını təmin edir. Azərbaycan MDB-nin beynəlxalq ehtiyatları ilə daha artıq təmin olunan ölkələrdən biri olaraq qalır və milli valyutanın dəstəklənməsi üçün kifayət dərəcədə ehtiyatlara malikdir. Avqustun 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri nəzərə alınamqla Azərbaycanın qızıl-valyuta ehtiyatları ÜDM-in 100%-ni ötərək $57,1 milyard təşkil edir”, - “İnterfaks-Azərbaycan”ın əldə etdiyi “Qazprombank”ın icmalında anlitiklər qeyd edirlər.

Vurğulanır ki, Azərbaycanın qızıl-valyuta ehtiyatları 60 aylıq idxalın tımin olunması üçün kifayətdir.

Bankın analitiklərinin qiymətləndirmələrinə görə, qlobal resessiya və manatın məzənnəsinin dəstəklənməsi Azərbaycanın xarici likvid mövqeyinin pisləşməsinə gətirməyib

 

(c)İnterfaks Azərbaycan