BANK

11 Sentyabr

BVF prezidenti Georgieva: Qlobal iqtisadiyyatda böyük transformasiya gedir

Georgieva, video konfrans üsulu ilə qatıldığı Qlobal İdarəetmə Qrupu (GSG) Qlobal Təsir Sammitində yeni növ koronavirus (Kovid-19) epidemiyasının iqtisadi təsirləri ilə bağlı fikirlərini bölüşüb.
Beynəlxalq Valyuta Fondu (BVF) prezidenti Kristalina Georgieva, qlobal iqtisadiyyatda böyük bir dönüşüm yaşandığını və iş baxımından zəngin bir iqtisadi canlanmanın və iqlim dəyişikliyinə qarşı mübarizənin bir-birini dəstəklədiyini və gələcək iş yerlərinin çoxunun "yaşıl iqtisadiyyat" da olduğunu bildirib

Kovid-19 böhranının başlanğıcından bəri insanların özlərini qoruduqlarını söyləyən Georgieva, cəmiyyətdə və iqtisadiyyatda köklü bir dəyişiklik olduğunu bildirib

"Qlobal iqtisadiyyatda böyük bir dönüşüm yaşanır" deyən Georgieva, bu il və gələn il görüləcək tədbirlərin hansı bir dünyanın ortaya çıxacağını təyin edəcəyini vurğulaylb.

Uzun müddət davamlı, dayanıqlı bir qlobal iqtisadiyyata güc qazandıran iş baxımından zənginliyi. bərpa edilə biləcəyinə diqqət çəkən Georgieva, iş baxımından zəngin bir bərpa və iqlim dəyişikliyi ilə mübarizə bir-birini dəstəklədiyini və gələcəyin bir çox işinin "yaşıl iqtisadiyyatda" olduğunu qeyd edib.

Georgieva, "BVF-də davamlı maliyyənin əhəmiyyətini və Kovid-19 sonrası bir dünyanı formalaşdırmaq üçün investisiya qoyuluşunun təsirini görürük" deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva