BANK

11 Sentyabr

Özbəkistan Mərkəzi Bankı faiz  qərarını AÇIQLAYIB

Özbəkistan Mərkəzi Bankı faiz dərəcəsi illik 15% -dən 14% -ə endirib.

Məlumta əsasən, Mərkəzi Bankın faiz dərəcəsi 1 faiz bəndi endirilərək illik 14% olaraq təyin edilib.

"Bu qərar inflyasiyanın proqnoz dinamikasının daha da aşağı düşməsi üçün ilkin şərtlərin gücləndirilməsi, iqtisadiyyatda orta dərəcədə müsbət real faiz dərəcələrinin qorunması, həmçinin inflyasiya məqsədi ilə iqtisadi fəaliyyətin pandemiya şəraitində saxlanılması arasında bir tarazlığa nail olmaqdır" deyə Mərkəzi Bank yayımladığı məlumtda qeyd edir.

Mərkəzi Bank inflyasiya proqnozunu ilin sonuna proqnoz dəhlizinin aşağı sərhədinə yaxın formalaşma ehtimalının artması ilə 11-12,5% səviyyəsində saxlayır. İnflyasiya gözləntilərində davamlı azalma və makroiqtisadi sabitliyin qorunması ilə bu proqnoz aşağıya doğru dəyişdirilə bilər, 

Müəllif:Aynur Qəniyeva