BANK

11 Sentyabr

Avro Rekord həddə BAHALAŞDI

ECB prezidenti Lagarde, siyasət toplantısından sonra açıqlamalarında bərabərliyi xatırlatdıqdan sonra sentyabr ayının əvvəlindən bəri ilk dəfə avro / dollar məzənnəsi 1.19-dan yüksək olub.
Avropa Mərkəzi Bankı (ECB) səlahiyyətliləri, cümə axşamı günü pul siyasəti iclası keçirdi. ECB Başçısı Christine Lagarde-nin açıqlamalarından sonra Avro / Dollar pariteti 1.19 səviyyəsinin üzərinə qalxıb.

İclasdan sonra təşkil olunan mətbuat konfransında Lagarde bazarın gözlədiyi kimi güclü avro məsələsinə toxundu. Bankın avronun inflyasiyaya təsirini diqqətlə qiymətləndirəcəyini söyləyən Lagarde, bankın valyuta hədəfinin olmadığını vurğulayaraq, "Bizim səlahiyyətimiz sabitliyi təmin etməkdir." deyib

Avro dollar nisbəti Lagarde-nin açıqlamalarını izlədikdən sonra, 2 sentyabrdan bu yana ilk dəfə 1.19-dan yuxarıya yüksələrək 1.1907-ə çatıb. Avro / dollar pariteti yüzdə 0,79 artaraq 1,1896 səviyyəsində qərarlaşıb.

Bu il avro dollar qarşısında yüzdə 10-dan çox qazanıb. Avronun bahalaşması, ECB-nin idxalatı azaltmaqla inflyasiyanı tetikleme hədəfinə mane olduğu üçün bazar tərəfindən izlənilir.

Bank siyasət faizini 0 faiz, marginal faiz dərəcəsini 0,25 faiz, depozit faizini mənfi 0,5 faiz səviyyəsində saxladı. Bundan əlavə, pandemiya istiqraz alışı proqramı dəyişməyib.

Müəllif: Aynur Qəniyeva