BANK

11 Sentyabr

Avropa Mərkəzi Bankı faiz qərarını açıqladı

Avropa Mərkəzi Bankı (AMB) bu gün keçirdiyi toplantısında faiz dərəcələrində dəyişikliyə getmədi. 

Fins.az xəbər verir ki, Bank, pul siyasəti faizini 0%-də, maliyyələşmə faizini 0.25%-də, depozit faizini də mənfi 0.5%-də saxlayıb.

Bank, pandemiya istiqraz alışı proqramında da dəyişikliyə getmədi. AMB, iki əvvəlki yığıncaqda Pandemiya dövründə Təcili Satınalma Proqramını (PEPP) 600 milyard avro artırmış və proqram 1.35 trilyon avroya yüksəlmişdi.