BANK

10 Sentyabr

Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,910 milyard ABŞ dolları, yaxud 3,4% artaraq 87,546 milyard ABŞ dolları təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 42,665 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 377 milyon ABŞ dolları, yaxud 0,9% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 3,287 milyard ABŞ dolları, yaxud 7,9% artaraq 44,881 milyard ABŞ dolları təşkil edib.