BANK

10 Sentyabr

Azərbaycanda 0,2%-lik deflyasiya qeydə alınıb

2020-ci ilin avqust ayında Azərbaycanda deflyasiya 0,2% (iyulda 0,3%) təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Avqust ayında deflyasiya 0,2% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 0,5% ucuzlaşıb, əhaliyə göstərilən ödənişli xidmətlərin və qeyri-ərzaq mallarının qiymətləri isə dəyişməyib”, - deyə məlumatda bildirilir.