BANK

09 Sentyabr

JPMorgan: ABŞ səhmlərindəki 3 günlük enmə yüksəliş tendensiyasını pozmayıb

JPMorgan texniki strateqləri son günlərdə ABŞ səhmlərindəki kəskin azalmanın artım trendini pozmadığını bildirib.
JPMorgan Co-nun texniki strateqləri, ABŞ səhmlərinin üç günlük kəskin azalmaya baxmayaraq yenə də geniş bir trenddə olduğunu qeyd etdiblər.

SP 500 indeksi son üç seansda 7%, Nasdaq 100 indeksi isə 11 % enib. Korporasiyanın strateqləri Jason Hunter və Alix Tepper Floman, impulsun azaldığını, lakin pik nöqtənin göründüyünə dair heç bir əlamət olmadığını və əhəmiyyətli dəstək səviyyələrinin işlədiyini ifadə ediblər.

"SP 500 İndeksi üçün həyata keçirilən əməliyyatların sonunda ümumiyyətlə qiymət nümunələri və həddən artıq güvən əlamətləri mövcud deyil. Bu, bazarın hazırda uzun bir eniş meylinə girməyə hazır olmadığını göstərir." -deyə mövcud vəziyyət dəyərləndirilib.

SP 500 və Nasdaq 100 indeksləri, Çərşənbə günü Asiya əməliyyatlarında tarazlıq taparaq ABŞ səhmlərinin günə davamlı başlayacağını göstərib 
SP 500 İndeksi mart ayının ən aşağı səviyyəsindən bəri hələ də 49%  səviyyəsindədir. Texnologiya ağırlığında Nasdaq 100 indeksi  58 % artım göstərib.

Müəllif:Aynur Qəniyeva