BANK

09 Sentyabr

Banklar Assosiasiyasında YENİ TƏYİNAT

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Fins.az xəbər verir ki, iclas gündəliyində duran əsas məsələlər sırasında Özünüməşğulluq proqramı ilə əlaqədar bu ilin sonuna qədər ümumilikdə banklar tərəfindən əlavə 1000 (min) vətəndaşa aktivlərin təqdim edilməsi işinin təşkili, DSMF-nin “Özünüməşğulluq” layihəsində biznes planların Qiymətləndirmə Komissiyasının tərkibinə Bakı və regionlar üzrə nümayəndələrin ayrılması, “Xəzinədarlıq və Fondların İdarəedilməsi üzrə Ekspert Qrupu”nun sədrliyinə “Kapital Bank” ASC-nin Xəzinə Departamentinin direktoru Fərid Əliyevin namizədliyinin müzakirəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Banklar Assosiasiyasına daxil olmuş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin müraciətinin müzakirəsi yer almışdır.
İclas zamanı qlobal müstəvidə yaranmış vəziyyətlə əlaqədar maliyyə-bank sektorunun mövcud vəziyyəti həmçinin gündəlikdə yer alan cari məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, görülən işlərlə bağlı hesabat dinlənilmişdir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür

Müəllif:Aynur Qəniyeva