Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank bankın plastik kart sahiblərinə verilən imkanları genişləndirməyə davam edir.

Beləliklə, “Aptek 911” tərəfindən PAŞA Bankın bütün kart sahiblərinə dərmanların alınmasında 5% endirimdən istifadə etməyi təklif edilir. Dərmanlar sığorta resepti əsasında verilirsə, aptek müştərilərinə rahat olan ünvana pulsuz çatdırılma xidmətini də təklif edir. Saat 14:00-dan əvvəl edilən sifarişlər 15:00-18:00 aralığında, saat 14:00-dan sonra edilən sifarişlər isə növbəti gün çatdırılır.

Beləliklə, artıq bütün aptekləri şəxsən gəzməyə və dəyərli vaxtınızı sərf etməyə ehtiyac qalmayacaq: «Aptek 911» dərmanları ən qısa müddətdə, bütün dərman daşınma şərtlərinə uyğun olaraq çatdırılacaq. «Aptek 911» ilə əlaqə saxlamaq üçün: (050) 777 0 911.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.