BANK

04 Sentyabr

Mərkəzi Bankların qızıl alışı AZALDI-SƏBƏB

Mərkəzi Bankların qızıla olan tələbi 2018-ci ildən bəri ən aşağı səviyyədədir
Fins.az xəbər verir ki, Dünya Qızıl Şurasının məlumatlarına görə, dünyada mərkəzi bankların xalis qızıl alışı iyul ayında 9 tondan aşağı düşüb və bu, 2018-ci ildən bəri ən aşağı səviyyədədir. Bəzi ölkələrin qızıl alışını dayandırması ilə üst üstə iki il davam edən böyük alış-verişdən sonra 2020-ci ildə qızıla olan tələb azaldı, qızıl qiymətləri rekord qırdı və koronavirus böhranı iqtisadiyyatın hər sahəsinə yayılıb.

Dünya Qızıl Şurası mütəxəssisləri önümüzdəki illərdə qızıl külçələri ehtiyatlarının artacağını gözlədikləri üçün yavaş alışlar, qızılın son illərdəki ən böyük yüksəliş sürücüsünü təsir edə bilər.

Unsiya qızıl iyul ayında 1.757 - 1.983 dollar arasında dəyişdi və avqust ayında bütün zamanların ən yüksək səviyyəsinə - 2075 dollara çatdı. Qızıl unsiyası ilin əvvəlindən bu yana 27,8%  bahalaşıb

Müəllif:Aynur Qəniyeva