BANK

03 Sentyabr

Mərkəzi Bank valyuta hərracı keçirdi-Nəticəsi

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən  verilən məlumata görə, hərracda tələb 79,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (1 sentyabr 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 24,2% artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.