BANK

03 Sentyabr

Bank of America-nın eksperti: Qızıl 3 min dollarıdan baha ola bilər

Bank of America-nın  Metal eksperti Micheal Widmer, dəmir, mis və qızıl qiymətləri ilə bağlı dəyərləndirmə və proqnozlarını açıqlayıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, analitik Widmer, dəmir və misə olan tələbin artacağını, qızılın gələn il 3000 dollardan baha ola biləcəyini deyib.

Widmerin çıxışının əsas məqamları belədir;

"Biz Mərkəzi bankların faiz dərəcələrini endirdiyi,likvidliyi artırmaq siyasəti yeritdiyi dövrü yaşayırıq. Deyə bilərik ki, bütün dünyada oxşar addımlar atılıb, lakin fərqlər də var. Pandemiya bütün dünyanı təsir altına aldı.Enişvə zərərə meyillilik ilk hava yollarında başlayıb.Bəzi tənəzzüllər də oldu. Metallar da təsirləndi. İkincisi, likvidlik tərəfinə baxdığımızda çox maliyyə var. Çin, ABŞ və dünyanın digər yerlərində təşviq var, buna görə qiymətlərin daha da artacağını düşünürük.

2020-ci il üçün mis qiymətləri ilə bağlı  onu demək olar ki,  mis qiymətləri proqnozlarını endirdiklərini ifadə edən Widmer, "Əsasən güclü bir hərəkət gördük, ancaq indi mis qiymətləri 7 min-8 min səviyyələrini aşa bilər" deyə qeyd edib.

"2-ci dalğanın narahatlığı tədarükü artırmağı vacib edir.

Analitik Widmer, "Bu, Çində iqtisadiyyatın tam açıldığını gördükdən sonra hər kəsi narahat edən bir şeydir. Çinin mis tələbinin artdığını gördük. Son 2 ayda misə olan tələb  30% artıb.Buna görə çox güclü balaşma gördük. 2 -ci dalğa varsa, bu tələbi təsir edir, ancaq ikinci dalğanın yaradacağı narahatlıq təklif tərəfindədir "deyə vurğulayıb ekspert.

Dəmir və misə güclü tələbatın olacağını deyən Widmer, "İqtisadiyyatın təməlləri möhkəmdir. Digər metallara tələb yüksək olacaq. Deyə bilərəm ki, dəmirə güclü tələb olacaq. Yenə misə olan tələb yenidən artacaq və digər metalları üstələyəcək tələbə sahib olacaq."

"Qızıl qiymətləri 3 mindən yuxarı qalxa bilər"

Qızıl qiymətlərini də qiymətləndirən Widmer, "Qızılın misdən çox fərqli bir yeri var. İndiyə qədər çox sayda təşviq olduğunu gördük. Faizləri uzun müddət aşağıda saxlamağa çalışdılar. Yalnız faiz nisbətləri aşağı qaldıqda və inflyasiya artmağa başladıqda geri çevrilə bilərik. Buna görə deflyasiya nöqtəsindəyik. Bu səbəbdən qızıl gələn il bir az daha çox bahalaşa bilər və qızıl qiymətləri 3 min dollardan baha ola bilər,"dedi.

Əlavə olaraq, "İnflyasiya hədəflərində yüzdə 2 dəyişiklik etdilər və əlbəttə ki, inflyasiyanın artacağını görəcəyik ... bu, qızılın önümüzdəki dörddəbirdə yüksəlməsinə səbəb olacaq" deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva