BANK

02 Sentyabr

Kapital Bank istifadə müddəti başa çatan bu kartların müddətini UZATDI 

İstifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir aylıq uzadılır.

 Fins.az xəbər verir ki, Kapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyası alanlara qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

Belə ki, istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir  aylıq uzadılıb. Təhsil kartları 30 senytabradək, 2020-ci il tarixinədək uzadılır. Bununla da, həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır.

Müəllif:Aynur Qəniyeva