BANK

02 Sentyabr

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 34% artıb

Bu ilk yanvar-avqust aylarında Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 158 mln. manat ipoteka krediti verilib.

Məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 34% çoxdur.

Ümumilikdə, bu günədək İKZF tərəfindən 30 158 sayda olmaqla 1,548 mlrd. manat məbləğində ipoteka krediti verilib.