Asiya İnkişaf Bankı peşə təhsili və təlimi sisteminin inkişafı üçün Azərbaycana $75 milyon məbləğində kredit ayırmağı planlaşdırır.
“Cari il Azərbaycan hökuməti peşə təhsili və təlimi infrastrukturunun yaxşılaşmasını dəstəkləyəcək peşə təhsili və təlimi inkişaf proqramı üçün kredit əldə etməkdə maraq ifadə edib. Layihənin dəyəri $150 səviyyəsində qiymətləndirilir və iki istiqaməti ehtiva edir: islahatların aparılması, bu məqsədlərə $100 milyonun yönəldilməsi planlaşdırılır və $50 milyon məbləğində borc”, - bankdan qeyd ediblər.
Vurğulanıb ki, bu layihə üçün AİB $75 milyon məbləğində kredit ayıracaq. Bundan başqa, bu proqram bank tərəfindən $75 milyon məbləğində birgə maliyyləşməni nəzərdə tutur.
Həmçinin, AİB bu layihənin reallaşdıırlması üçün krediti 2022-ci ildə təsdiq etməyi planlaşdıır.
Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövründə AİB respublikaya $5 milyarddan çox kredit ayırıb.