Azərbaycan Banklar Assosiasiyasının törəmə qurumu kimi 20 ildir fəaliyyətini davam etdirən Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) pandemiya səbəbindən 2020-ci ilin aprelindən etibarən tətbiq edilən sərt karantin dövründə də öz fəaliyyətini uğurla davam etdirmiş və bütün xidmətlərini aprel ayından onlayn formada təqdim etməyə başlamışdır.
2020-ci ilin aprel-avqust ayları ərzində ABTC onlayn formada:
- 18 mövzuda 24 təlim keçmiş və bu təlimlərdə 466 dinləyici iştirak etmişdir;
- 5 təşkilata 65 adam gün məsləhət vermişdir;
- 5 təşkilatın əməkdaşlarını psixrometrik və peşə qiymətləndirməsindən keçirmişdir;
- 4314 respondent arasında sorğu keçirmiş və təhlil etmişdir.
ABTC Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq, 01 sentyabrdan etibarən xidmətlərini həm onlayn, həm də üzbəüz davam etdirir.