BANK

01 Sentyabr

Mərkəzi Bankın valyuta ehtiyatları 3,6% artıb

2020-ci il avqustun 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 483,9 milyon təşkil edir. Bu barədə AMB-nin saytında məlumat verilir.

2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, bu ilin yanvar-avqust aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 3,6% artıb.

Avqustda AMB-nin valyuta ehtiyatları 0,2% və ya $15,2 milyon artıb.

Xəbər verildiyi kimi, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb