BANK

01 Sentyabr

Mərkəzi Bank valyuta hərracı keçirdi-NƏTİCƏSİ

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 63,7 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (27 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 1,1 mln. dollar və ya 1,7% azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.