Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bərpa olunan enerji mənbələri sahəsində təxminən 1000 Meqavat əlavə gücün satışı üzrə hərraca dəstək layihəsi çərçivəsində hərrac qaydaları və digər sənədləri hazırlayır.
Bunu Energetika nazirinin müşaviri Zəminə Əliyeva deyib.
Onun sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı təxminən 1000 meqavat əlavə gücün satışı üzrə ilk hərraca dəstək olacaq.
"Eyni zamanda, gələcəkdə layihələri şəbəkəyə inteqrasiya edərkən heç bir problemin olmaması üçün elektrik şəbəkəsinə qoşulacaq əlavə gücün optimal həddinin müəyyənləşdirilməsi üzrə işlər aparılır".
Xatırladaq ki, bu il yanvarın 9-da Energetika Nazirliyi ilə "ACWA Power" və "Masdar" şirkətləri arasında bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi üçün icra müqavilələrinin imzalanması mərasimi baş tutub. Müqavilələri Energetika naziri Pərviz Şahbazov, "ACWA Power" İdarə Heyətinin sədri Məhəmməd Abunayan və "Masdar" şirkətinin icraçı direktoru Məhəmməd Kamil Əl Ramahi imzalayıblar.
(c)trend