BANK

01 Sentyabr

FED rəsmisi Clarida: Təkcə aşağı işsizlik səviyyəsi faiz artımı üçün kifayət deyil

ABŞ Federal Ehtiyat Sistemi (Fed) rəhbərinin köməkçisi Richard Clarida bildirib ki, Fed-in yeni pul siyasəti çərçivəsində, yalnız aşağı işsizlik nisbəti faiz artımı üçün kifayət deyil.

Fins.az xəbər verir ki,Clarida, video konfrans vasitəsilə Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu (PIIE) tərəfindən təşkil edilən tədbirdə Fed-in yeni pul siyasətindən bəhs edib.

2012-ci ildən bəri ümumilikdə iqtisadi mənzərənin əhəmiyyətli dərəcədə dəyişdiyini xatırladan Clarida, pul siyasəti strategiyasının nəticədə müxtəlif ölçülərdə inkişaf etməsi lazım olduğunu qəbul etdiklərini dilə gətirdi.

Clarida, Fed-in pul siyasəti strategiyasındakı dəyişikliyi "əhəmiyyətli bir dönüş nöqtəsi" olaraq xarakterizə etdi və iqtisadiyyatdakı inkişafların və aşağı faiz dərəcələrinin pul siyasətində yeni bir yanaşma tələb etdiyini izah etdi.

Yeni siyasət prioritetləri çərçivəsində  2%-lik "orta" inflyasiyanın hədəf alındığını xatırladan Clarida, maksimum məşğulluğun geniş əsaslı və əhatəli  hədəf olduğunu da təkrarlayıb.

Müəllif:Aynur Qəniyeva