BANK

31 Avqust

Asiya İnkişaf Bankı Azərbaycana 780 milyon dollara qədər yardım edə bilər

Asiya İnkişaf Bankı (AİB) 2021-2023-cü illərdə Azərbaycana ümumilikdə 780 milyon dollar kredit ayırmağa hazırdır.

Fins.az "interfax"-a istinadən xəbər verir ki, Bankın direktorlar şurası Azərbaycan üçün üç illik dövr üçün 780 milyon dollar məbləğində vəsait ayırmağa hazır olduğu bir iş planını təsdiqləyib

Biznes planına əsasən, AİB bu müddət ərzində təhsil, suvarma, biznesə dəstək, iqtisadi islahatlara dəstək və dəmir yollarının inkişafı layihələri üçün Azərbaycana 5 kredit ayırmağa hazırdır.

Eyni zamanda, 2021-ci ildə bank ölkə üçün 85 milyon dollar, 2022-ci ildə 370 milyon dollar, 2023-cü ildə 325 milyon dollar məbləğində kredit ayırıb.

2021-2023-cü illərdə AİB Azərbaycana 4,5 milyon dollar məbləğində texniki yardım da göstərəcək.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Əməkdaşlıq dövrü ərzində bank respublikaya 5 milyard dollardan çox kredit verib.

Müəllif:Aynur Qəniyeva