BANK

31 Avqust

Azericard-da yeni təyinat

"Azericard"-ın müşahidə şurasına yeni üzv təyin olunub.

Fins.az xəbər verir ki, bu ilin yanvar ayında Beynəlxalq Bankda transformasiya ofisinin direktoru təyin olunan Vüsal Şahverdiyev, "Azericard"-ın müşahidə şurasına üzv təyin olunub.

Qeyd edək ki,maliyyə və bankçılıq sahəsində uzunmüddətli təcrübəyə malik olan Vüsal Şahverdiyev daha  əvvəl "Bank of Baku", Bank BTB,və "BTB Capital"-da müxtəlif vəzifələrdə çalışmış, eyni zamanda “Bank BTB” ASC-nin İdarə Heyətinin üzvü olub.

Müəllif:Aynur Qəniyeva