BANK

29 Avqust

Azərbaycana xaricdən pul köçürmələri AZALIB

2020-ci ilin birinci yarısında Azərbaycana köçürmələrin həcmi, ilkin hesablamalara görə, 372 milyon dollar təşkil edib.
Fins.az xəbər verir ki,bu barədə Mərkəzi Bank məlumat yayımlayıb

Məlumata görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələri 495,4 milyon dollar təşkil edib.Beləliklə, 2020-ci ilin birinci yarısında onların həcmi 24,9% azalıb.

Müəllif:Aynur Qəniyeva