BANK

27 Avqust

FED yumşalmaya getsə də dollar UCUZLAŞIR

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri yenidən ucuzlaşmağa başlayıb və 92.86-92.73 punkt aralığı kananlının qırılması ilə eniş dalğası daha da sürətlənə bilər.

Amerika Mərkəzi Bankının (FED) monetar siyasətini daha da yumşaldacağı ehtimalları dolların ucuzlaşmasına səbəb olan əsas amillərdir. Bununla bağlı önəmli açıqlamalar bu gün Bakı vaxtı ilə saat 17:00-da başlayacaq və iki gün davam edəcək Cekson Hol Simpoziumunda iştirak edəcək FED sədri tərəfindən veriləcəkdir. Simpozium mərkəzi bank sədrlərinin toplantısıdır və önəmli açıqlamaları ilə investorların diqqət mərkəzində olur.

Beləliklə, foreks bazarlarında EUR/USD məzənnəsi 1.1850$-ın qırılması ilə 1.19$, GBP/USD məzənnəsi isə 1.32$-ın üzərində möhkəmlənməklə, 1.33$-a kmi dəyər qazana bilər. USD/JPY məzənnəsi də iki gündür Amerika və Asiya sessiyalarında müqavimətlə rastlaşaraq, 105.80 yenə kimi 0.7% ucuzlaşıb. Son dəstək səviyyəsinin qırılması ilə dollar/yen valyuta cütlüyünün qiyməti 105.37 yenı kimi də ucuzlaşa bilər