BANK

27 Avqust

ABŞ Mərkəzi Bankının sədri Powell çıxışında nə deyəcək?

 Birjalar FED-in sədri Jerome Powellin cümə axşamı Jackson Hole konfransında yeni inflyasiya strategiyası ilə əlaqədar çıxışını diqqətlə gözləyirlər.

Fins.az xəbər verir ki,FED sədri Jerome Powell, bu həftəki Jekson Hole simpoziumunda mərkəzi bankın yeni inflyasiya strategiyasına yönəlmiş çoxdan gözlənilən pul siyasəti çərçivəsini qiymətləndirməsi mövzusunda danışacaq.

FED-in həftəlik təqviminə görə bu il Kanzas Siti üzrə Fed-in rəqəmsal konfrasında ediləcək çıxışı bu cümə axşamı Nyu York vaxtı ilə 09: 10-da canlı yayımlanacaq.

FED bütövlükdə 2019-cu ili və bu ilin çox hissəsini mərkəzi bankın tənəzzülə qarşı mübarizə qabiliyyətini azaldan aşağı inflyasiya və faiz dərəcələrini idarə edən ilk əhatəli qiymətləndirməni həyata keçirib.

FED siyasətçiləri hədəfə yaxınlaşmaq üçün bəzən orta hesabla 2 faizdən çox ola biləcək inflyasiyaya daha rahat yanaşmağı müzakirə ediblər.

Müəllif:Aynur Qəniyeva