BANK

27 Avqust

Fed-in "inflyasiya şahini" inflyasiyanın 2%-lik hədəfdən yüksək olmasına qarşı deyil

Kansas City üzrə Fed sədri Esther George, mərkəzi bankın 2 faiz inflyasiya hədəfini bir az üstələməsinə qarşı olmadığını qeyd edib.
Fins.az xəbər verir ki,Kanzas Siti üzrə  Fed Başçısı Esther George, ABŞ mərkəzi bankının inflyasiya hədəfini 2 faiz səviyyəsindən bir az üstələməsinə qarşı olmadığını və qiymət təzyiqlərinin həddən artıq zəif olma riskinin çox güclü olduğunu deyib.
Adətən Vayominq ştatındakı Cekson Hole şəhərindəki möhtəşəm Grand Teton Milli Parkında təşkil edilən bu nüfuzlu simpozium, bu il iki gün ərzində koronavirus pandemiyası səbəbiylə video konfranslar vasitəsilə keçiriləcək. Fed sədri Jerome Powell, məruzəsini Vaşinqton vaxtı ilə 9: 10-da çatdıracaq.